Cəmiyyət

“Mənə bir-iki foto göndərib təhdid ediblər” - Əli Həsənov

26 Avqust 2021 22:19
2 Şərh     Baxış: 3 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənov təhdid olunduğunu deyir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ə. Həsənov "Amerikanın Səsi"nə açıqlamasında bununla bağlı daha əvvəl tvitter hesabında paylaşım etdiyini təsdiqləyib: "Mən bunu tvitter hesabımda yazdım, bütün saytlar da dərc etdi. Müvafiq qurumlar məşğuldur. İstəmirəm əlavə müzakirəyə çıxaraq."

O, bunu kimlərin etməsi barədə suala belə cavab verib: "Vallah, bunu bilsəydim nə vardı ki?! Müvafiq qurumlar araşdırır."

Fotoların harada və necə çəkildiyinə dair suala cavabında Ə.Həsənov "Bilsəydim nə var idi? Mənə bir-iki foto göndərib təhdid ediblər," - deyə qeyd edib.

Hazırda Ə.Həsənovun sözügedən paylaşımı tvitter hesabından silinsə də, onun mətni bundan ibarət idi:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.