Cəmiyyət

Şəhid Əliheydər Hüseynli Vətən müharibəsində böyük şücaət göstərib - VİDEO

21 Avqust 2021 12:06
0 Şərh     Baxış: 1 172
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Füzuli, Qubadlı, Cəbrayıl və Şuşanın azad edilməsində iştirak edib, döyüşlərdə düşmənə aman verməyib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, könüllü olaraq 44 günlük Vətən müharibəsinə qatılan Ağstafa sakini Əliheydər Hüseynli  döyüşlərdə manqası ilə birlikdə hər zaman öndə gedib.

Döyüşlərə qatılanda qəhrəmanımız nişanlı imiş.

Üç bacının bir qardaşı,  atası rəhmətə getdikdən sonra həm də ailənin başçısı olan Əliheydər həmişə bacısı uşaqlarını ali təhsilli və idmançı görmək istəyib.

Ötən il noyabrın 9-da Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə-yetirən zaman şəhidlik zirvəsinə ucalan Əliheydər Hüseynli  "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.