Cəmiyyət

Laçın və Kəlbəcərin yol infrastrukturu ilə bağlı zamanında buraxılmış səhvlər aradan qaldırılır - VİDEO

20 Avqust 2021 13:56
0 Şərh     Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Laçın və Kəlbəcər rayonlarında da avtomobil yollarının bərpası və yenidən qurulması sürətlə davam edir. Lakin bu iki rayon sovet dövründə ən bərbad yol infrastrukturu olan rayonlar idi.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, qonşu olan bu iki rayon arasında ilboyu istifadəsi mümkün olan bir dənə də yol yox idi. Elə məhz bu yolsuzluq birinci Qarabağ müharibəsində hər iki rayon üçün bəlaya çevrildi. Separatçılar hər iki rayona gedən və asfalt örtüyü olan yeganə yolları - Tərtər-Kəlbəcər və Ağdam-Şuşa- Laçın yolunu bağladılar.

Ekspert qeyd edir ki, artıq o dövrdə buraxılmış səhvlər aradan qaldırılır. Bunun üçün də həm Kəlbəcərə, həm də Laçına yollar çəkilir. Eyni zamanda bu iki rayon arasındakı yollar da bərpa olunur. Toğanalı- Kəlbəcər-İstisu-Minkənd yolunun və Kəlbəcər-Laçın yolunun Qorçuya qədər olan hissəsinin yatağı tam hazırdır. Bu yollar yaxın gələcəkdə böyük qayıdış üçün çox önəmlidir.

Ərşad Hüseynov qeyd edir ki, yaxın gələcəkdə tunellərin də tikilməsi nəzərdə tutulur. Bu tunellər vasitəsilə Göygöl rayonundan başlayaraq Şərqi Zəngəzurdan keçməklə Kəlbəcər, Laçın,Qubadlı,Zəngilan,Cəbrayıl zonalarına, hətta Zəngəzur dəhlizi açılan zaman oradan asanlıqla Naxçıvana getmək mümkün olacaq. Yaxın gələcəkdə bu yollar beynəlxalq əhəmiyyətli yollara çevriləcək. Bununla da qonşu ölkələrə də səyahət etmək mümkün olacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.