Cəmiyyət

Itkin düşmüş 12 yaşlı Fidan tapıldı - FOTO

19 Avqust 2021 11:28
0 Şərh     Baxış: 3 753
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan 12 yaşlı Abbaszadə Fidan Elşən qızı itkin düşmüşdü.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, azyaşlı qız avqustun 16-da evdən çıxıb, bir daha geri qayıtmayıb. İtkin düşən qız sonuncu dəfə Nizami rayonu ərazisində ticarət obyektlərindən birinin təhlükəsizlik kamerasına tuş gəlib. Evdən çıxarkən onun əynində ağ şalvar, qırmızı kofta olub.

Azyaşlının ailəsindən verilən məlumata görə, 12 yaşlı Fidan artıq tapılıb. O, hazırda müvafiq polis şöbəsindədir və yaxın saatlarda ailəsinə təhvil veriləcək. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.