Cəmiyyət

Koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb - FOTO

18 Avqust 2021 12:12
0 Şərh     Baxış: 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı avqustun 17-də aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, rayon sakini Ağasəf Cavadzadənin COVID-19 testi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin olunub və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin həmin şəxs özünütəcrid qaydalarını kobud şəkildə pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu ərazidə aşkarlanan A.Cavadzadə tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Onun barəsində İsmayıllı RPŞ-də araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.