Cəmiyyət

Kəlbəcərin təbii ehtiyatları öyrənilir - VİDEO

18 Avqust 2021 13:30
0 Şərh     Baxış: 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda rayonun təbii ehtiyatlarının qiymətləndirilməsi və təftişi aparılır

Milli.Az Real TV-ə istinadən bildirir ki, Kəlbəcər rayonu yeraltı və yerüstü təbii sərvətlərlə zəngindr. 1993-cü ilə qədər bu rayonda 34 faydalı qazıntı yatağı kəşf edilərək dövlət vəsaitinə verilib. 143 ton qızıl ehtiyatının olması təsdiq edilib. Rayon ərazisində 8 filiz, 9 mineral-termal su yatağı, 19 qeyri-fliz və inşaat materialları yatağı olub. Burada qızıl, gümüş, titan, selen kükürd, əlvan daşlar qeyri filiz və inşaat materialları yataqları var.

Hesablamalara görə bu yataqların sırasında ən zəngini Söyüdlü qızıl yatağıdır. Burada hesablanan 112,5 ton qızıl, 192 ton gümüş və selen, titan kimi faydalı ehtiyatlar var. Hazırda bu yatağın emal prosesinin aparılması üçün işlər görülür.

Rayon ərazisində həmçinin, zəngin mis və civə filiz yataqları var. Şorbulaq, Başlıbel Ağyataq kimi civə yataqlarını böyük ehtiyatlara malikdir. Ən zəngin ehtiyatlardan biri termal mineral su yataqlarıdır. Kəlbəcər işğaldan əvvəl böyük sanotoriyaları ilə tanınıb.

Rayon ərazisindəki təbbi yataqların ümumi dəyəri 11 milyard dollar dəyərində hesablanır. Bu təbii ehtiyatalar ermənilər tərəfindən vəhşicəsinə talan edilib. Hazırda təbii ehtiyatların yenidən qiymətləndirliməsi, monitorinqi, diaqnostikası və təftişi aparılır. Məqsəd mövcud vəziyyəti müəyyənləşdirmək, erməni işğalçıların vurduğu ziyanın miqdarını hesablamaq və beynəlxalq qanunlar çərçivəsində erməni işğalçılarına təzminat davası açmaqdır. Öyrənildikdən sonra bu ehtiyatlar sayəsində Kəlbəcər Azərbaycanın iqtisadi inkişafına böyük töhfə verəcək və əhalinin məşğulluqla təmin olunmasında böyük rol oynayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.