Cəmiyyət

"Avtoş" sürücü toy karvanında təkər qaldırıb şou göstərdi - FOTO

16 Avqust 2021 17:18
0 Şərh     Baxış: 1 220
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Toy karvanında avtoxuliqanlıq edən sürücü öz videolarını sosial şəbəkə hesabında paylaşıb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, 10-XO-926 qeydiyyat nişanlı "QAZ-31029" markalı avtomobilin sürücüsü toy karvanında hərəkət edərkən özünü hamıdan fərqləndirməyə çalışıb. O, sərt manevrlər edərək avtomobili gah sağa, gah da sola çəkib. Həmçinin manevr zamanı bir neçə dəfə avtomobilin ön təkərini yer səthindən qaldıraraq avtoxuliqanlıq hərəkətlərinə yol verib.

Çəkdiyi videonu sosial şəbəkə hesabında paylaşan sürücü özünə bu yolla izləyici kütləsi yığmağa çalışır. Lakin bu cür hərəkətlərə yol vermək həm real təhlükədir, həm də digər sürücülərə pis örnəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.