Cəmiyyət

Operativ Qərargah müzakirələrə başladı: Karantin sərtləşdirilir? - AÇIQLAMA - VİDEO

14 Avqust 2021 13:57
0 Şərh     Baxış: 6 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Karantinin sərtləşdirilməsi Nazirlər Kabineti yanında operativ qərargahın apardığı müşahidələrə əsasən verilir. Onun yumşaldılması və sərtləşdirilməsi təcrübəsi zamanla dəyişilir".

Bunu "ARB 24"ün "Gündəm" verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, bununla bağlı artıq müzakirələr aparılır:

"Vaxt keçdikcə virus haqqında bilgilərimiz artır, yeni imkanlar üzə çıxır. Əvvəlki dövrdə vaksinasiya prosesi yox idi, hər şey yalnız qoruyuculuq qaydalarına əsaslanırdı. Yəni insanlar arasında təmasların mümkün qədər azaldılmasına çalışılırdı. Bu gün vaksinasiya prosesi yoluxmanın sayını əngəlləyən faktorlardan birinə çevrilib. COVID pasportu və immun sertifikatı tənzimləyici sənəddir.

Dövlət artıq SMS-icazə kimi sərt tədbirlərlə hamını qapatmaq istəmir. Müəyyən mənada yoluxma riski az olan insanlara geniş imkanlar vermək istəyir. Yəni idarəedici alətlərlə daha yumşaq idarə etmək iqtidarındadır. Amma yenə də hər şey mövcud durumdan asılıdır.

Yoluxma sayı artdıqca müvafiq olaraq səhiyyə sistemi də yüklənməyə başlayır. Çarpayı sayları, yoluxma dinamikası və digər iqtisadi məsələlər təhlil edilir və mütəxəssislər tərəfindən qərarlar verilir. Təbii ki, bu haqda müzakirələr gedir, amma hələ ki rəsmi qərar yoxdur. Yəqin ki, vəziyyət belə davam etsə, bu tip açıqlamalar olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.