Cəmiyyət

Sərxoş sürücü maşını ağaca çırpdı, ölən var - FOTOlar

10 Avqust 2021 15:14
0 Şərh     Baxış: 948
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün Oğuz rayonu Qumlaq kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) məlumat yayıb.  Qeyd olunub ki, rayonun Şirvanlı kənd sakini 1985-ci il təvəllüdlü Soltanov Seymur Məzahir oğlunun sərxoş vəziyyətdə və yüksək sürətlə idarə etdiyi "Toyota" markalı, 99-BY-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində sürücü ilə yanaşı avtomobildə sərxoş vəziyyətdə olan sərnişinlər - 1987-ci il təvəllüdlü Soltanov Elşən Səməd oğlu və 1984- cü il təvəllüdlü Çələbiyev Əhməd Vəliyəddin oğlu xəstəxanaya yerləşdiriliblər. 

Lakin, Ə.Çələbiyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Oğuz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.