Ötən gün Oğuz rayonu Qumlaq kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) məlumat yayıb. Qeyd olunub ki, rayonun Şirvanlı kənd sakini 1985-ci il təvəllüdlü Soltanov Seymur Məzahir oğlunun sərxoş vəziyyətdə və yüksək sürətlə idarə etdiyi "Toyota" markalı, 99-BY-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində sürücü ilə yanaşı avtomobildə sərxoş vəziyyətdə olan sərnişinlər - 1987-ci il təvəllüdlü Soltanov Elşən Səməd oğlu və 1984- cü il təvəllüdlü Çələbiyev Əhməd Vəliyəddin oğlu xəstəxanaya yerləşdiriliblər.
Lakin, Ə.Çələbiyevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Oğuz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Milli.Az