Cəmiyyət

Kart məlumatlarınız ələ keçirilə bilər - Fırıldaqçılar yeni üsullara əl atıb - VİDEO

11 Avqust 2021 01:33
0 Şərh     Baxış: 3 507
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son dövrlər fırıldaqçılıqla ödəniş kartlarını ələ keçirmək istəyənlərin sayı artıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Banklar Assosiyasından verilən məlumata əsasən, maarifləndirici tədbirlərin aparılmasına baxmayaraq, kartlarda olan məbləğin ələ keçirilməsi üçün fırıldaqçılar yeni üsullara əl atırlar. İstifadəçilərə bankların adından zəng edərək müxtəlif əməliyyatlar keçirəcəklərini bildirir, daha sonra kart məlumatlarını əldə edirlər. Banklar Assosiasiyasının koordinatoru Aytac İsmayılovanın sözlərinə görə, banklar heç vaxt ödəniş kartlarının məlumatlarını yeniləməklə bağlı vətəndaşa zəng edərək məlumat əldə etmirlər.

Aytac İsmayılova bildirib ki, Assosiasiya tərəfindən banklara  vətəndaşları məlumatlandırmaları üçün mütəmadi  xəbərdarlıqlar edilir. Kartdan köçürmə etmək üçün kartın üzərində olan tək 16 rəqəm kifayət edir.

Həmçinin vətəndaşlar  kart məlumatlarının əldə edilməsi halları ilə rastlaşarlarsa həmin an bankla əlaqə saxlamalı, kartlarının istifadəsini dayandırmalıdırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.