Cəmiyyət

Gəncədə 2 piyada vuruldu, 3 nəfər xəsarət aldı

3 Avqust 2021 21:49
0 Şərh     Baxış: 936
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21011" markalı minik maşını idarəetmədən çıxıb və ağaca çırpılıb, daha sonra yolun kənarında dayanan iki piyadanı vurub. Nəticədə sürücü 1995-ci il təvəllüdlü Əsədov Anar Gündüz oğlu və piyadalar - 1947-ci il təvəllüdlü Reyhan Qocayeva və 1991-ci il təvəllüdlü Maqsud Əliyev xəsarət alıblar. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory