Cəmiyyət

Polisi döyən deputatla bağlı cinayət işi açıldı

30 İyul 2021 17:16
0 Şərh     Baxış: 1 318
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılmışdır.

Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş edilir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.