Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb - Bilirsən də bu restoran kimindir...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun sərxoş vəziyyətdə Xaçmaz Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşı, polis baş leytenantı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktının təfərrüatları məlum olub.
Milli.Az bildirir ki, manset.az-ın əldə etdiyi məlumata görə, hadisə Nabranda yox, Xaçmaz-Xudat yolunda, Tofiq Quliyev küçəsində "Samovar" restoranının yanında yerləşən və Eldəniz Vəliyevə məxsus olan "Starıy Dvor" adlı kafedə baş verib. Həmin kafeni Eldəniz Səlimovun xalası qızının əri Əfəndiyev Çingiz Nizami oğlu işlətsə də, kafe deputatın xalası qızı Əfəndiyeva Zülfiyyə Eldar qızının adına qeydiyyatdadır.
Hadisənin baş vermə təfərrüatı isə belədir.
Bir müddət bundan əvvəl deputat tərəfindən döyülən Zaur Mirzəyev "Starıy Dvor" kafesinə gələrək kafenin saat 00:00-dan sonra fəaliyyət göstərməməsini xahiş edib. Bununla bağlı pandemiya qaydalarının pozulduğunu, bunun qanunsuz olduğunu bildirib.
Hadisə baş verən gün gecə saat 00:45-də, deputat bir neşə dostu ilə bərabər özünə məxsus olan "Starıy Dvor kafesində pivə içərkən, deputat seçkiləri vaxtı tanıdığı Zaur Mirzəyevin atasına zəng edib. Onun oğlunun harda olduğunu soruşub. Polis nəfərinin atası oğlunun evdə yatdığını bildirib. Deputat atasına oğlunu təcili qaldırmağı və yanına gəlməsini tapşırıb. Bir qədər sonra Zaur Mirzəyev deputatın "Starıy Dvor" kafesinə gəlib və orada Eldəniz Səlimovun bir neçə dostu ilə pivə içdiyini görüb. Bu zaman deputat "Zaura sən bura gəlib, demisən ki, restoranı saat 12-dən sonra işlətməyin. Bilirsən də bu restoran kimindir." Polis nəfəri qanunları izah edib və qanun çərçivəsində bunu tələb etdiyini bildirib.
Bu zaman Deputat yerindən duraraq polisi şillələyib. Onu ağır söyüşlərlə təhqir edib. Zaur Mirzəyev ona "məni bura döymək üçün çağırmısız, siz vəzifəlisiz deyə, məni döyməlisiz"- deyə bildirib.
Bunda sonra deputat daha da hiddətlənib və polisi daha ağır formada döyməyə başlayıb. Zaur Mirzəyev deputatdan onu buraxmağı xahiş etsə də, deputat polisdən əl çəkməyib. Tamam haldan düşəm polis nəfəri daha sonra əynində olan gödəkçənin yırtılıb deputatın əlində qalmasından sonra qaça bilib.
Hadisənin ən önəmli detayı isə polis nəfərinin ayıq davranaq bütün proseslərin səs yazısını qeyd etməsi olub. Həmin səs yazması hazırda sübut kimi təqdim edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” insan, təbiət və yaddaş arasında yeni dialoq yaradan performans və interaktiv layihələri təqdim edir - (Foto)
-
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
XƏBƏR LENTİ
-
Aviaşirkətdən xəbərdarlıq - Bu rəngli çamadanlardan uzaq durun
-
Evliliyin sonunu toy günündəcə xəbər verən 8 əlamət
-
Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?
-
Türkan Şoray bacıları ilə - (Foto)
-
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
-
Kayli serialda baş rolu canlandıracaq
-
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - təfərrüat - (video)
-
Günün qoroskopu: İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib
-
Kənd toyuğu bahalaşdı - (Video)
-
Kriştiano Ronaldo sükutu pozdu
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu
-
Elgün Rəsulova vəzifə verildi
-
"Günəşin doğduğu yer" serialındakı pul səhnəsi birmənalı qarşılanmadı - (Video)
-
"Mançester Siti"nin apellyasiya şikayətinə ikinci ağır zərbə
-
Aygün Kazımova evindən video paylaşdı
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Qazaxda öldürülən gənc hərbi xidmətdən yeni qayıdıbmış
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb





