Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İllərdir "sağlamdır" deyə daha çox pul ödədiyiniz o qəhvəyi yumurtalar əslində sadəcə bir marketinq əfsanəsi ola bilər.
Milli.Az xəbər verir ki, ağ və qəhvəyi yumurta qutuları tez-tez fərqli qiymət etiketləri ilə qarşımıza çıxır. Ən məşhur mətbəx əfsanələrindən biri tünd rəngli qabığın daha sağlam yumurta demək olmasıdır. Lakin mütəxəssislər gerçəyin bu populyar inancdan çox sadə olduğunu bildirirlər.
Yumurta qabığının rəngi nədən asılıdır?
Yumurtaların müxtəlif rənglərdə olmasının yeganə səbəbi toyuğun cinsidir (genetikasıdır). Ağ Leghorn toyuqları ağ, Plymouth Rocks və Rhode Island Reds kimi cinslər isə qəhvəyi yumurtlayır. Rəng pigmenti yumurtlamadan dərhal əvvəl qabığa əlavə olunur və bunun yumurtanın içindəki qida dəyərləri ilə heç bir əlaqəsi yoxdur.
Mütəxəssislərə görə, qabıq rəngi, ölçüsü və ya sinfi nə olursa olsun, bütün yumurtalar qida dəyəri baxımından demək olar ki, eynidir. Fərq əsas qidalanma profilini dəyişdirməyəcək qədər kiçikdir. Yumurtaların ölçülərinə görə dəyərləri təxminən belədir:
Orta (Medium) boy: Təxminən 60 kalori və 6 qram protein.
Böyük boy: 80 kaloridən az olub, vitamin və mineral mənbəyidir.
Çox Böyük (Jumbo) boy: Təxminən 90 kalori və 8 qram protein.
Qəhvəyi yumurtalar niyə bahadır?
Qəhvəyi yumurtaların daha bahalı olmasının səbəbi daha sağlam olmaları deyil, istehsal xərcləridir. Qəhvəyi yumurtlayan toyuq cinsləri adətən daha iri cüssəli olur və daha çox yem yeyirlər. Bu yüksək yem xərci birbaşa qiymətə təsir edir, lakin əlavə sağlamlıq faydası qazandırmır.
Yumurtanın keyfiyyətini əslində nə müəyyən edir?
Yumurtanın dəyərini və keyfiyyətini dəyişən amil qabıq rəngi deyil, toyuğun həyat şəraiti və qidalanma tərzidir:
Açıq havada sərbəst gəzən toyuqların yumurtaları qapalı mühitdəkilərə nisbətən 3-4 dəfə çox D vitamini ehtiva edir.
Xüsusi yemlərlə qidalanan toyuqlar həmin faydalı maddələri birbaşa yumurtaya ötürürlər.
Ləzzətə təsir edən əsas amillər tazəlik, saxlama şəraiti və son istifadə tarixidir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“Login” sözünün maraqlı tarixi
-
Noyabrın sonunda üç bürcün həyatı yaxşılaşacaq
-
Dörd bürc noyabrın sonuna qədər varlanacaq
-
Qışda paltarları radiatorun üzərində qurutmaq təhlükəlidir - xəbərdarlıq
-
“BYD”nin yeni avtomobili 9 dəqiqəyə enerji doldurur
-
Qabarcıqlı sellofan əslində nə üçün icad edilmişdi? — Maraqlı tarixçə
XƏBƏR LENTİ
-
Şəmkirdə vəzifəli şəxs öldü
-
Bakıda tuneldə su boruları partladı - Maşınların hərəkəti çətinləşdi
-
"Qəbələ" səfərdə "Şəfa"nı məğlub edib
-
Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazandı
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Çağatay evlənir? - Sevgilisi danışdı
-
İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
-
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb - (Video)
-
“Sən demə, sabah bazar günüdür” - TRIPP-in icrasının başlanma vaxtını açıqladı
-
“Qalatasaray”ın baş məşqçisi derbiyə buraxılmayacaq
-
Dünyaşöhrətli zərgər Bulqari vəfat edib
-
“Login” sözünün maraqlı tarixi
-
Sevinc Maniyeva vəfat etdi
-
Qazaxda kişi qazdan boğulub öldü
-
Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib - (Foto)
-
Bakıda kişi evində ölü tapıldı
-
Noyabrın sonunda üç bürcün həyatı yaxşılaşacaq
-
Ağdamda itlər məktəbli qıza hücum edib
-
“Turan Tovuz” “Şamaxı”ya qalib gəldi
-
Gədəbəydə 6 yaşlı uşağı maşın vurdu
-
BDU-dan Məleykə Abbaszadə ilə bağlı yayılan xəbərə cavab
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - (Foto)
-
İnsan öləndən sonra bədənində hansı dəyişikliklər baş verir?
-
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi





