Aviaşirkətdən xəbərdarlıq - Bu rəngli çamadanlardan uzaq durun
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub.
Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uzaq durmaq məsləhət görülür. Səbəb isə bu rənglərin çox populyar olması və hava limanında başqa sərnişinin çamadanını səhvən götürmək ehtimalının artmasıdır.
Milli.Az xəbər verir ki, uzun uçuşdan sonra sərnişinlər yorğun ola və baqaj lentindən özlərinə aid olmayan çamadanı götürdüklərini dərhal fərq etməyə bilərlər. Xüsusilə baqaj lentində eyni anda bir-birinə çox bənzəyən bir neçə tünd rəngli çamadan olduqda səhv etmək daha asandır.
"Ryanair" buna görə sərnişinlərə baqajlarını daha asan seçilən hala gətirməyi məsləhət görür. Bunun üçün mütləq parlaq rəngli yeni çamadan almağa ehtiyac yoxdur. Adi qara, boz və ya tünd göy çamadanı rəngli kəmər, stiker, çamadan örtüyü və ya uzaqdan nəzərə çarpan başqa bir detal vasitəsilə fərqləndirmək mümkündür.
Baqajı qorumağın başqa bir üsulu isə çamadanın içərisinə "AirTag" və ya digər izləmə cihazı yerləşdirməkdir. Belə qurğular baqaj daşınma zamanı itərsə və ya hava limanında başqa bir sərnişin onu səhvən götürərsə, çamadanın yerini müəyyənləşdirməyə kömək edə bilər.
Səyahətçilərə əlaqə məlumatlarının bir nüsxəsini çamadanın içərisində saxlamaq da tövsiyə olunur. Xarici baqaj birkası daşınma zamanı qoparsa və ya itərsə, çamadanın içindəki məlumat onun sahibinin müəyyən edilməsini asanlaşdıra bilər. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Aviaşirkətdən xəbərdarlıq - Bu rəngli çamadanlardan uzaq durun
-
Evliliyin sonunu toy günündəcə xəbər verən 8 əlamət
-
Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?
-
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
-
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - təfərrüat - (video)
-
Günün qoroskopu: İçinizdəki dahi üzə çıxmağa çalışır
XƏBƏR LENTİ
-
Aviaşirkətdən xəbərdarlıq - Bu rəngli çamadanlardan uzaq durun
-
Evliliyin sonunu toy günündəcə xəbər verən 8 əlamət
-
Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?
-
Türkan Şoray bacıları ilə - (Foto)
-
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
-
Kayli serialda baş rolu canlandıracaq
-
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - təfərrüat - (video)
-
Günün qoroskopu: İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib
-
Kənd toyuğu bahalaşdı - (Video)
-
Kriştiano Ronaldo sükutu pozdu
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu
-
Elgün Rəsulova vəzifə verildi
-
"Günəşin doğduğu yer" serialındakı pul səhnəsi birmənalı qarşılanmadı - (Video)
-
"Mançester Siti"nin apellyasiya şikayətinə ikinci ağır zərbə
-
Aygün Kazımova evindən video paylaşdı
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Qazaxda öldürülən gənc hərbi xidmətdən yeni qayıdıbmış
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb





