Diaspor nümayəndələri Şuşaya getmələrini böyük şans adlandırıblar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xaricdə yaşayan və yay mövsümündə Azərbaycanda olan bir neçə soydaşımız diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərinin təşkil edilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib. Komitənin həmin müraciət əsasında apardığı araşdırma sayəsində məlum olub ki, pandemiya səbəbilə qoyulmuş qadağaların nisbətən yumşaldılması nəticəsində bu yay daha çox soydaşımız Azərbaycana gəlib. Komitə soydaşlarımızın müraciətini nəzərə alaraq və bu yay daha çox diaspor nümayəndəsinin ölkədə olmasından istifadə edərək, onların Şuşa şəhərinə bir günlük səfərini təşkil edib.
Diaspora İşləri üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, səfərin məqsədi xaricdə yaşayan azərbaycanlıların azad olunmuş torpaqlara gedərək erməni vandalizmi ilə yerində tanış olmaları, Ermənistanın təcavüzkar hərəkətləri, beynəlxalq hüquq normalarını pozması ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılmasında diasporumuzun fəallığının daha da artırılması olub.
"Biz dəmir yumruğun gücü ilə Şuşadayıq" şüarı altında təşkil edilən səfərə 24 ölkədən 72 soydaşımız qatılıb.
Diaspor nümayəndələri ölkəmizin mədəniyyət paytaxtı Şuşada erməni vandalizminə məruz qalan və bu il yenidən Şuşaya qaytarılan "Güllələnmiş heykəllər"in olduğu meydanı, Xurşidbanu Natəvanın evini, "Xan qızı bulağı"nı, eləcə də "Xarı bülbül" otelini ziyarət edib, qədim Azərbaycan şəhərinin bir sıra görməli yerləri ilə tanış olublar.
Soydaşlarımız əfsanəvi Cıdır düzünə gedərək orada Azərbaycan bayrağını dalğalandırıblar.
Şuşaya səfər edən soydaşlarımız sosial şəbəkə hesablarında və media orqanlarında təəssüratlarını bölüşüb, bu səfərin onlar üçün gözlənilməz və unudulmaz olduğunu bildirib, şəxsi məqsədlərlə vətənə gəldiklərini, xoş sürprizlə qarşılaşdırlarını, bu yay Azərbaycanda olmalarını böyük şans hesab etdiklərini dilə gətiriblər.
Diaspor təmsilçiləri Qarabağda qazanılan böyük Zəfərə görə şəhidlərimizin ruhu qarşısında baş əydiklərini qeyd edib, qazilərimizə sayğı və sevgilərini ifadə edib, dünya azərbaycanlılarını dəmir yumruq ətrafında birləşdirən Müzəffər Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.
Soydaşlarımız Qarabağda, mədəniyyət mərkəzi qədim Şuşa şəhərində əldə etdikləri məlumatları yaşadıqları cəmiyyətlərə, xarici mediaya orqanlarına, beynəlxalq ictimaiyyətə çatdıracaqlarını bildirib, bundan sonra da Azərbaycanın haqq səsi olamaqda davam edəcəklərinə əminliklərini ifadə ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
XƏBƏR LENTİ
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)





