Cəmiyyət

Azərbaycanda deputat polisi döyüb?

29 İyul 2021 13:44
Baxış: 2 233
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda deputat polis əməkdaşını döyüb.

Milli.Az xəbər verir ki, lent.az-a daxil olan məlumata görə, hadisə Nabranda baş verib.

Polis əməkdaşları Nabranda karantin qaydalarını pozan obyektlərdən birində reyd keçirən zaman obyektin sahibi ilə qohum olan, Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşları ilə mübahisə edib. Mübahisə zəminində deputat polis əməkdaşını vurub.

Hadisə ilə bağlı E.Səlimovla əlaqə saxlamağa çalışsaq da, deputat telefonlara cavab verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.