Cəmiyyət

Saatlıda da toy sahibi cərimələndi

27 İyul 2021 12:02
Baxış: 728
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Fətəlikənd kənd sakini İsmayıl Bayramovun və Şirinbəy kənd sakini Rəhman Şakirovun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən edilib.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibləri ilə profilaktiki söhbətlər aparılıb və barələrində qanuna müvafiq tədbirlər görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.