Cəmiyyət

Samuxda toy mərasimlərində qaydalar pozulub - FOTO

26 İyul 2021 21:00
0 Şərh     Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Samux Rayon Polis Şöbəsinin əməkdaşlar rayon ərazisindəki şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində monitorinq aparıb, bəzilərində qaydaların pozulduğunu aşkarlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, "Çıraq Palace" şadlıq sarayında keçirilən toy mərasimində məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilmədiyi, müəyyən edilib. Obyekt sahibi Mətləb Abbasov barəsində inzibati protokol tərtib edilib.

Rayon ərazisində fəliyyət göstərən "Paris" şadlıq sarayında isə keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVİD-19 pasportu olmayan 30 nəfər restorana buraxılmayıb.

Bundan başqa, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Alıncalı və Sarıqamış kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib. Araşdırmalar zamanı məlum olub ki, hər 2 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.