Cəmiyyət

Çimərlikdə bu dəfə “Prado” sürdülər - VİDEO

23 İyul 2021 18:12
0 Şərh     Baxış: 1 137
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı çimərliyində daha bir avtomobilin iştirakı ilə acınacaqlı mənzərə ortaya çıxıb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, sözügedən görüntülərdə "Prado" markalı avtomobilin sürücüsünün maşını dənizin içərisində sürdüyü, bununla da vətəndaşların istirahətini pozduğu, həmçinin həyati təhlükə yaratdığı görünür.

Sürücü qayda pozarkən avtomobilinə sərnişin də mindirib. Yeniyetmə avtomobilin çöl tərəfində, ayaqlıq hissəyə çıxaraq dənizdə şou göstərib.

Qeyd edək ki, ötən ay çimərlikdə asayişi pozduqları üçün bir neçə sürücü cərimələnmişdi. Yol polisi xəbardarlıq etmişdi ki, bu əməli törədənlər cəzalandırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.