Cəmiyyət

TƏBİB: Ölkə üzrə 1 007 tibb işçisinə psixoloji dəstək göstərilib

23 İyul 2021 15:16
Baxış: 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Çağrı mərkəzinin yaradılması istiqamətində ciddi işlər gedir".

Milli.Az bildirir ki, bunu TƏBİB-in Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı TƏBİB tərəfindən jurnalistlər üçün keçirilən "Medianın psixi sağlamlıqda rolu" mövzusunda təlimdə deyib.

O bildirib ki, pandemiya dövründə psixoloji dəstək üçün 1542 Psixoloji Dəstək Xətti vasitəsilə 1 122 şəxs müraciət edib: "Onlardan 459-u koronavirus xəstələri olub. Sərt karantin dövründə əsəbilik və gərginliklə bağlı müraciətlər daha çox olub. Ailədaxili münasibətlər, depressiv vəziyyətlə bağlı da çox müraciət olunub. Bundan başqa, ölkə üzrə 1 007 tibb işçisinə psixoloji dəstək göstərilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.