Cəmiyyət

Kürdəmirdə evdən oğurluq edən şəxslər saxlanıldı

13 İyul 2021 09:59
0 Şərh     Baxış: 542
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kürdəmirdə evdən oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, iyul ayının 4-də Kürdəmir Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 3800 manat, 700 ABŞ dolları, altı ədəd xalça, 3 ədəd televizor və digər məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Şahin Şıxaliyev və Raqif Qədirov saxlanılıblar.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf edib.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.