Cəmiyyət

Kürdəmirdə evdən oğurluq edən şəxs saxlanılıb

12 İyul 2021 12:54
0 Şərh     Baxış: 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmirdə evdən oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən iki ədəd noutbuk, bir ədəd mobil telefon və bir ədəd dəmir seyf oğurlamaqda şübhəli bilinən iki nəfər şəxs saxlanılıb.

Araşdırmalarla onların rayon sakini Fərid Musayev və onun tanışı, rayonun Mollakənd kənd sakini Xəyal Heydərov olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini etiraf edərək, qanunsuz yolla əldə etdikləri əşya və avadanlıqları dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxslərin analoji hadisələrdə iştirak edib-etməmələri araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.