Cəmiyyət

Azərbaycandakı xarici diplomatlar Füzuli və Şuşaya səfərə gedir - FOTO

9 İyul 2021 09:57
0 Şərh     Baxış: 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda akkreditə olunmuş 50-yə yaxın diplomatik korpus nümayəndələrinin və beynəlxalq təşkilatların Azərbaycandakı təmsilçilərinin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb.

Milli.Az bildirir ki, diplomatik nümayəndələr əvvəlcə Füzuli şəhərində tikilməkdə olan Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olacaqlar, onlar daha sonra "Füzuli" yarımstansiyasına baş çəkəcəklər.

Füzuliyə səfəri tamamladıqdan sonra xarici ölkələrin Azərbaycandakı diplomatik təmsilçiləri Şuşa şəhərinə yola düşəcəklər. Onlar Şuşa şəhərində müxtəlif tarixi, mədəni abidələrlə tanış olacaqlar.

Diplomatik korpus nümayəndələrinin səfəri iyulun 10-da başa çatacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.