Cəmiyyət

2 nəfər Kürdə batıb

8 İyul 2021 21:13
0 Şərh     Baxış: 670
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində, Kür çayında 2 nəfər batıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Hal-hazırda axtarışlar aparılır. İlkin məlumata əsasən, çayda batanlar 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlu və 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğludur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.