Cəmiyyət

Azərbaycanlı alimin hazırladığı peyvəndin istehsalı mümkün ola bilər

8 İyul 2021 12:38
1 Şərh     Baxış: 1 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hazırda insanlar üzərində sınaqdan keçirilən 100-dən çox peyvənd var".

Bunu Milli.Az-a açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, daha kliniki sınağa gəlməmiş, laboratoriya sınaqlarında olan 180-ə yaxın vaksin var: "Bu vaksinlərdən biri də AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən tütündən hazırlanan peyvənddir. Bu peyvənd sınaq mərhələsinə girib. Bu, o mənaya gəlir ki, klinik sınaqlardan keçərsə, gələcəkdə həmin vaksinin istehsalı mümkün ola bilər. Vaksinin insanlara tətbiq olunması üçün uzun zaman keçməsi lazımdır. Əslində bu, illər alan məsələdir, amma COVID vaksinlərində dünya bunu daha tez bacardı. İnşallah, bu da işə yarayan vaksinlərdən biri olar. Nə qədər çox vaksin olarsa, o qədər yaxşıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.