Cəmiyyət

Yeni tapılan qəbir Hüseyn Xan Müştaqa aiddir - ƏTRAFLI - VİDEO

5 İyul 2021 10:39
0 Şərh     Baxış: 2 933
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İbadət ocağındakı qəbir Hüseyn Xan Müştaqa aiddir

Milli.Az Real TV-ə istinadən bildirir ki, Heydər Əliyev Fondu tərəfindən əsalı təmir olunmasına başlanan Şəkidə Xan məscidinin daxilində aparılan qazıntı işləri zamanı məscidin mehrabının içində yeni qəbir aşkarlanıb.

Mehrabın ilkin qazıntıları zamanı qəbrüstü örtüklərə məxsus lay daşlar tapılıb.Bu barədə dövlət turuzim agentliyindən bildirilib.

Ön fasad divarın Mehrab olan hissəsinin qarşısındakı qazıntılar zamanı isə qədim mehrabın dağıdıldığı onun yeni üslubda tikildiyi məlum olub. Hazırda qazıntı işləri davam edir. Tədqiqatın əsas məqsədi qəbirdən genetik araşdırma aparıla biləcək dəlillərin əldə edilməsidir.

Qeyd edək ki, XIX əsrdə Birinci Cümə məscidi kimi tanınan və hazırda Şəki Xan məscidi adlandırılan məscid Şəki xanlarından olan Məhəmmədhüseyn xan tərəfindən 1768-1770-ci illərdə inşa edilib. 1850-ci illərdə Şəkidə baş verən güclü yanğınlar səbəbindən Şəki bazarı, Cümə məscidi və məscid ətrafındakı evlər yanğına məruz qalıb. Yanğından sonra Mustafa ağanın atası Kərim ağa Şəkixanov məscidi bərpa edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.