Cəmiyyət

Hərbi pilotlarımız şərti düşmənin yerini belə müəyyən edirlər - VİDEO - FOTO

2 İyul 2021 13:57
Baxış: 1 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan HHQ-nin hərbi pilotları sonuncu mərhələnin tapşırıqlarını uğurla icra ediblər.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ssenariyə əsasən təlimə cəlb olunan hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.

Hərbi pilotlarımız şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.

Azərbaycan HHQ-nin hərbi pilotları xüsusi peşəkarlıq nümayiş etdirərək təlimdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.