Rayon yollarında yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videosu sosial şəbəkədə paylaşıb.
Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, 10-MU-005 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü müxtəlif vaxtlarda ötmə və manevr qaydalarını pozaraq yolda şou göstərib. Belə ki, o, görünmə məsafəsi məhdud olan yolda dəfələrlə əks istiqamətli hərəkət zolağına çıxaraq özünü və digər sürücüləri təhlükə altında qoyub.
Milli.Az