Cəmiyyət

Qalib ordumuzla qürur duyuruq – Prezidentin təltif etdiyi şəhid valideynləri - Trend TV

26 İyun 2021 14:12
Baxış: 1 767
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin mavafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif edilən şəhidlərin və qazilərin ailə üzvləri ilə görüş keçirilib. Ağdam ictimaiyyyətinin nümayəndələri, şəhid və qazi ailələrinin üzvlərinin iştirak etdiyi tədbirdə Vətən Müharibəsində qəhrəmancasına şəhid olan şəxslərin yaxınlarına və yaralı hərbiçilərimizə medallar təqdim olunub.

Şəhidlərin valideynləri övladları ilə fəxr etdiklərini bildiriblər. Qeyd ediblər ki, Vətən Müharibəsindəki Qələbədə onların da övladlarının rolu var və bununla qürur duyurlar. Şəhid valideynləri və qazilərin ailə üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıdan məmnunluqlarını və təşəkkürlərini ifadə ediblər.

Videomaterialı təqdim edirik:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.