Cəmiyyət

Azərbaycan, Türkiyə və Pakistan XTQ-lərinin birgə təlimləri keçiriləcək

26 İyun 2021 14:20
Baxış: 1 227
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaxın zamanlarda 3 qardaş dövlətin xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçiriləcək.

Milli.Az xəbər verir ki, bu sözləri "REAL TV"-yə müsahibəsində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Z.Həsənov bildirib ki, prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan, Türkiyə və Pakistanın birgə təlimlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilib:

"Belə ki, sentyabr ayında ölkəmizdə Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin təlimləri gözlənilir. Biz buna hazırlıq görürük. Artıq ekspert qrupların bir hissəsi Azərbaycandadır. Təlimlərin keçiriləcəyi ərazilərlə tanış olublar və bizim hazırlıqlarımızı yüksək qiymətləndiriblər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.