Cəmiyyət

Yoldakı çuxur avtomobilə ziyan vurub - Sürücü dəymiş zərəri ala bilmir - VİDEO

27 İyun 2021 06:59
Baxış: 3 638
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda yolda çuxura düşən sürücünün avtomobilinə ciddi ziyan dəyib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxt sakini Təbriz Yusubovun başına gəlib.

Sürücü iddia edir ki, gecə vaxtı yolda çuxurun olması ilə bağlı heç bir xəbərdaredici nişanın olmaması üzündən xərcə düşüb.

Zərəçəkmiş sürücü Təbriz Yusubov Qaradağ Rayon İcra Hakimiyyətinə rəsmi qaydada müraciət edib. Ona bir müddət sonra Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən cavab gəlib ki, sözügedən hadisənin baş verdiyi yol onların balansında deyil. Sürücü bu dəfə Bakı Şəhər İcra Hakimiyyətinə üz tutub.

Sürücü iddia edir ki, avtomobili özü təmir etdirdiyindən ona təxminən 200-250 manat ətrafında zərər dəyib.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, "Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən, yol təsərrüfatının sürücüyə vurduğu ziyan həmin yola cavabdeh qurum tərəfindən ödənməlidir.

Bəs dəymiş zərər ödənilməsə zərərçəkmiş sürücü nə etməlidir?

Məsələ ilə bağlı Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılov ''Xəzər Xəbər''ə bildirdi ki, zərərçəkmiş sürücü bu hadisə ilə bağlı məhkəməyə müraciət etsin. Yola cavabdeh qurum müəyyən ediləcək və dəymiş zərər ondan sonra ödəniləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.