Cəmiyyət

Balakəndə iki yaşlı uşaq qaynar suda yanıb

26 İyun 2021 08:43
Baxış: 949
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Balakəndə ehtiyatsızlıqdan iki yaşlı uşaq qaynar suda yanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 25-i axşam saatlarında rayonun Sarıbulaq kəndində baş verib.

2019-cu il təvəllüdlü Ömər Bəhruz oğlu Mehdiyevin yaşadığı ünvanda üstünə ehtiyatsızlıqdan qaynar su tökülüb. Bədbəxt hadisə nəticəsində müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alan Ö.Mehdiyev yaxınlarının köməkliyi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ö.Mehdiyevin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.