Cəmiyyət

Zirzəmi problemi yaşayan xırdalanlılar - VİDEO

25 İyun 2021 11:29
0 Şərh     Baxış: 935
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bina sakinlərinin problemi aidiyyəti qurumlara ünvanlanıb

Milli.Az Real TV-ə istinadən bildirir ki, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 20-ci binanın sakinləri müraciət edərək problemini bizimlə bölüşüblər.

Onlar deyir ki, sovet dövrüdən istifadəyə verilən binalarının kanalizasiya boruları sıradan çıxmış vəziyyətdədir və çirkab su binanın zirzəmisinə axır. Bu da xoşagəlməz iyə, antisanitar vəziyyətin yaranmasına səbəb olur. Kanalizasiya suyunun axıdılması üçün sakinlər öz hesablarına drenaj qoyublar.

Zirzəminin üfunət iyi bir yana, onlar burda yayılmış həşəratlardan da təngə gəliblər. Çünki, zirzəminin illərdir təmizlənməməsi səbəbindən burda ağcaqanad, tarakan, uçan qarışqa və ən dəşhətlisi sıçovulların əlindən tərpənmək olmur. Elə binanın blokunda çəkiliş apararkən ağcaqanad əlindən tərpənmək olmurdu.

Çəkiliş apardığımız zaman Abşeron Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 1 Saylı Mənzil Kommunal İstismar Sahəsinin sədri də bina sakinlərin yanına gəlmiş oldu. Müsahibə verməkdən imtina edən Kamil İsmayılov sözügedən vəzifəyə cəmi bir aydır ki, təyin olunduğunu və gələn kimi bina sakinlərinin bu problemini aidiyyatı qurumlara ünvanladığını bildirdi. Bizə isə yaxın zamanda Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 20-ci binanın sakinlərinə illərdir yaşadıqları mövcud bu problemlərinin həll olunmasını diləyirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.