Cəmiyyət

Yas mərasimlərinin keçirilməsinə icazə veriləcəkmi? - VİDEO

25 İyun 2021 12:14
1 Şərh     Baxış: 1 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şənliklərə yaradılan şərait  yas mərasimlərinin də keçirilməsinə icazə veriləcəyinə ümid yaradıb. Vətəndaşlar ümid edirlər ki, yas mərasimlərinin keçirilməsi üçün də müvafiq qərar veriləcək.

Sakinlər arasında yas mərasimlərinin necə keçirilməsini təklif edənlər də var.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, millət vəkili Fazil Mustafa məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, bötüvlükdə qadağa yanlış qərardır. Çünki insanlar öz ağır günlərində qapıya gələn insanları geri qaytara bilmir, bu da öz növbəsində böyük bir problemə çevrilir.

Millət vəkili hesab edir ki, sadəcə qaydaları tənzimləmək lazımdır.

Fazil Mustafa onu da bildirib ki, yas mərasimlərinə də say məhdudiyyəti qoyula bilər. Onun fikrincə, bütün hallarda sosial məsafə, dezinfeksiya qaydalarına əməl etməklə prosesi həyata keçirmək olar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.