Cəmiyyət

Lerikdə narkotik tərkibli bitkilər aşkar edildi

23 İyun 2021 12:54
Baxış: 452
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin və Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində xidməti ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Lerik rayonun Orand kəndi ərazisində 7 hektar sahədə yabanı halda bitmiş ümumi yaşıl kütləsi 5672 kiloqram olan 15321 ədəd xaş-xaş kolları aşkar edilib və yandırılmaqla məhv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.