Cəmiyyət

Şəkidə sakinlər mavi qazın yoxluğundan əziyyət çəkirlər - VİDEO

23 İyun 2021 15:42
Baxış: 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkinin Zunud kəndinin sakinləri mavi qazın yoxluğundan əziyyət çəkirlər. Onlar qaz balonlarından və odundan istifadə edirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Şəki rayonunda aralarında təxminən 10-15 metr məsafə olan iki kənddən birində qaz var, digərində isə yoxdur.

1500 sakinin yaşadığı Zunud kəndində qaz balonlarından və odundan istifadə olunur. Bu isə vətəndaşlar üçün çətinlik yaradır.

''Azəriqaz'' İstehsalat Birliyinin sözçüsü Ceyhun Səfərov deyib ki, növbə çatanda sözügedən kəndin qazlaşdırılması həyata keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.