Cəmiyyət

“Sputnik V”-nin insanları koronavirusdan hansı müddətdə qoruduğu məlum olub

22 İyun 2021 14:04
Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya istehsalı "Sputnik V" peyvəndi insanları yeni növ koronavirus (COVID-19) infeksiyasından altı ay müddətinə qoruyur.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Hamaley adına Milli Epidemiologiya və Mikrobiologiya İnstitutunun laboratoriya rəhbəri Vladimir Quşin bildirib.

Onun sözlərinə görə, "Sputnik V" peyvənd olunuş insanda koronavirusa qarşı immuniteti dəqiq altı ay müddətinə təmin edir.

V. Quşin altı aydan sonra yenidən peyvənd olunmağı tövsiyə edib.

Qeyd edək ki, Rusiyanın səhiyyə naziri Mixail Muraşko nazirliyin əhalinin təkrar vaksinasiyası üçün müəyyən yanaşmalar hazırladığını açıqlayıb. Onun sözlərinə görə, koronavirusun pik dövründə hər ayda bir dəfə, digər vaxtlarda isə ildə bir dəfə vaksin olunmaq kifayətdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.