Cəmiyyət

“ASAN Xidmət”də mühüm yenilik - "ASAN Müraciət" sistemi nələri vəd edir? - VİDEO

21 İyun 2021 11:29
Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ilk dəfə Sumqayıtda "ASAN müraciət" mobil tətbiqi istifadəyə verilib. Sakinlər bu tətbiqi telefonlarına yüklədikdən sonra  qarşılaşdıqları müxtəlif problemlərin video və fotosunu çəkib aidiyyəti dövlət qurumlarına göndərə biləcəklər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Kommunal, yol, nəqliyyat problemlərinin əvvəlcə telefonla video və fotosu çəkilir.

Sonra isə həll edilməsi üçün aidiyyəti dövlət orqanlarına göndərilir. Şikayəti göndərən şəxs problemin icra olunub-olunmamasını da görə bilir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "ASAN müraciət" informasiya sistemi yaradilaraq, mobil tətbiq istifadəyə verilib. "ASAN müraciət" informasiya sistemindən  pilot layihə kimi ilk olaraq Sumqayıt şəhər sakinləri istifadə edə bilərlər. Pilot layihədə icraçı təşkilat qismində doqquz qurum iştirak edir. QRAFİK

Sumqayıt sakinləri qarşılaşdıqları problemlərlə bağlı şikayətlərini aidiyyəti dövlət qurumlarına göndərmək istəyirlərlsə ilk olaraq "ASAN müraciət" mobil tətbiqi telefonlarına yükləməlidirlər.

Qeyd edək ki, "ASAN müraciət" informasiya sistemi qısa müddətdə ölkə ərazisini əhatə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.