Cəmiyyət

Şəhid atasına ev tikmək üçün pul verildi

17 İyun 2021 16:30
Baxış: 1 254
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış azərbaycanlı telejurnalist Azər Qismət sosial şəbəkədə şəhid Şamxal Əvəz oğlu Əlizadənin atası Əvəz Əliyevin şikayəti ilə bağlı status yazıb. Bildirib ki, şəhid ailəsinin şikayəti ilə bağlı Gədəbəy rayon İcra hakimiyyətinə müraciət edib. Şəhid atası gileylənib ki, ona istədiyi torpaq sahəsində ev tikməyə icazə verilmir. Jurnalist İH-nə "soruşdum ki, "axı Gədəbəy kiçik qəsəbə deyil, o boyda rayonda şəhid atasına ev tikməyə torpaq sahəsi tapılmırsa, daha sözüm yoxdur". İcra hakimiyyətindən də jurnalistə deyilib ki, onun ev tikmək istədiyi ərazi başqasının pay torpağıdır. Bildirilib ki, mayın 31-də vətəndaşı qəbul ediblər. Nə isə. Deyiblər orda olmaz, deyib olar. Nəhayət, məsələ xoş sonluqla bitib. YAŞAT Fondu şəhid atasına 15 000 manat verib ki, ev tik. Sonra onun yaşadığı evə gedən yolun 300 metrəsində təmir işləri aparılıb.

Çox təəssüf başqa məlumat da verdilər ki, Əvəz Əliyev başqa şəhid ailəsinin oğlunu bıçaqlayıb, polis onu şəhid atası olmasına görə bağışlayıb, tərəfləri barışdırıb. İstənilən halda verilən pula ev tiksin. Amma qanuna da əməl etsin. Allah şəhidlərimizə rəhmət etsin. Qazilərimiz min yaşasın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.