Daxili İşlər Nazirliyi məktəb məzunlarına və valideynlərə müraciət edib.
Nazirliyin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumatda bildirilir ki, valideynlər avtomobillərini sürücülük hüququ olmayan yeniyetmələrə verməsin: "Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz.
Hörmətli məzunlar! Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir".
Milli.Az