Cəmiyyət

Vətənin etibarlı oğlu - VİDEO

14 İyun 2021 13:44
Baxış: 609
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəhid Etibar Həsənov Şuşanı azad edəndən 1 gün sonra şəhadətə yüksəlib

Milli.Az Real TV-ə istinadən bildirir ki, o, Şuşanı azadlığa, Azərbaycana qovuşduran qəhrəman hərbçilərimizdən biridir - Etibar Həsənov. Doğmaları, ailəsi, övladları ilə yanaşı, Vətənə də etibarlı oğul oldu. Gədəbəy rayonunun Qarıkənd kəndində anadan olan Etibar 2009-cu ildə hərbi xidmətə yollanıb. Vətənə ilk xidmətini uğurla başa vuraraq qayıtdıqdan sonra ailə qurub. Daha sonra hərbiyə olan marağı onu yenidən ordu sıralarına qaytarıb, müddətdən artıq hərbi qulluqçu kimi fəaliyyətə başlayıb:

Vətən müharibəsin zamanı Füzuli, Şuşa uğrundakı döyüşlərdə şücaətlə vuruşan Etibar Həsənov Şuşanı düşmən əsarətindən qurtarandan 1 gün sonra şəhadətə yüksəldi. Artıq hər il Zəfər günümüzdə xalq onun kimi igid vətən oğullarının da şəhadətini, əbədi qalibiyyətini qeyd edəcək.

Vətən yolunda canını fəda edən Etibar Həsənov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. İndi Etibarın arzuları vətənə əmanət etdiyi iki övladı ilə boy atır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.