Cəmiyyət

Kəlbəcərdə yaralanan AzTV-nin rejissorundan açıqlama

4 İyun 2021 17:20
Baxış: 2 877
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kəlbəcər rayonunda minaya düşərək xəsarət almış şəxslərdən biri- AzTV-nin rejissoru Emin Məmmədov səhhəti barədə açıqlama verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Dövlət Televiziyasının efirinə bağlanan E. Məmmədov vəziyyətinin stabil olduğunu vurğulayıb: "Səhər tezdən bizi hospitala yerləşdiriblər. Həkimlər məni müayinə edib. Hazırda vəziyyətim normaldır. Digər yaralanan şəxslərdən biri də icra nümayəndəsidir. O reanimasiya şöbəsinə yatırılıb. Hazırda vəziyyəti ağırdır". 

Qeyd edək ki, bu gün Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və "Azərtac"ın əməkdaşı Məhərrəm İbrahimov, RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev minaya düşərək həlak olublar. Hadisə nəticəsində isə 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.