Cəmiyyət

Azərbaycanda dəhşət: Ahıl qadının boğazına ip keçirib tövlədə saxladılar - VİDEO

2 İyun 2021 11:21
Baxış: 5 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gədəbəydə ahıl qadın şiddətə və işgəncəyə məruz qalır.

Milli.Az bildirir ki, bu görüntüləri "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə yayıb.

Görüntülərdə qeyd edilir ki, 85 yaşlı Səkinə adlı qadın Gədəbəy rayonunun İvanovka kəndində tövlədə boğazı və əlləri bağlı vəziyyətdə saxlanılır. 

Bildirilir ki, Qadın Qəzənfər adlı şəxs tərəfindən şiddətə və işgəncəyə məruz qalır.

Məsələ ilə bağlı Daxili işlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, video ilə bağlı müvafiq araşdırma aparılır:

"Nəticəsi barədə tezliklə məlumat veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.