Cəmiyyət

İlkin Rüstəmzadənin təhdid edilməsi araşdırılır - DİN

2 İyun 2021 12:14
Baxış: 679
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Daxili İşlər Nazirliyi "Nida"çı gənc İlkin Rüstəmzadənin bacısı vasitəsilə təhdid edilməsi ilə bağlı araşdırmalara başlayıb.

Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Milli.Az-a açıqlamasında bildirib ki, vətəndaş İlkin Rüstəmzadənin sosial şəbəkə üzərindən etdiyi müraciət nəzarətə götürülüb: "Bütün müraciətlərin operativ araşdırıldığı kimi vətəndaş İlkin Rüstəmzadənin də müraciəti nəzarətə götürülüb. Onu təhdid edən və ya edənlərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, İ.Rüstəmzadə bildirib ki, mayın 31-də bacısı Türkana yaxınlaşan şəxslər ona "qardaşına denən ağıllı olsun" deyib və uzaqlaşıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.