Cəmiyyət

Bakıda 46 məntəqədə dördtərəfli piyada keçidləri ilə bağlı işlər yekunlaşıb - FOTO

1 İyun 2021 02:30
Baxış: 916
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Piyadaların rahatlığı və təhlükəsizliyinin artırılması məqsədilə bir sıra işıqforlarla nizamlanan yol kəsişmələrində piyada keçidlərinin dördtərəfli formada təşkil edilməsi işləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, bu çərçivədə daha 6 yol kəsişməsində işlər icra edilib və ümumilikdə 46 məntəqədə dördtərəfli piyada keçidləri ilə əlaqədar işlər yekunlaşıb.

Nizamlanan yol kəsişmələrində mövcud işıqfor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılıb, müvafiq yol nişanlanma xətləri çəkilib, səkilərdə yeni pandusların tikintisi və səkilərdə yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.