Cəmiyyət

Yeni xətlərdə qatarların hərəkəti radiodalğalarla idarə olunacaq

31 May 2021 16:10
Baxış: 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı metropoliteninin yeni xətlərində qatarların hərəkəti radiodalğalarla idarə olunacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, söhbət ox sayğacların istifadəsindən gedir ki, onların tətbiqi "Nərimanov" deposunda yekunlaşmaq üzrədir.

"Yeni xətlərdə qatarların radiodalğalarla idarə edilməsi üçün SBTC sistemi tətbiq olunacaq. Hazırda depo şəraitində yerinə yetirilən işlər məhz həmin prosesə keçidin birinci mərhələsindəyik. "Nərimanov" deposunda bu işlər yekunlaşdıqdan sonra, artıq metronun xətlərində davam etdiriləcək", - deyə B. Məmmədov qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.