Cəmiyyət

Ötən həftə 100-dən çox şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb

31 May 2021 18:30
Baxış: 865
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

24-30 may tarixində 119 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən bu müddət ərzində 110 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə, 31 şəhid ailəsi və qazinin borc öhdəlikləri qarşılanıb.

Qeyd olunub ki, daha 222 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 70 şəxsin tibb xərclərinin ödənilməsi, 10 şəxsin borc öhdəliklərinin qarşılanması və 1 şəhid ailəsi və qazinin təhsil xərcləri ödənilməsi istiqamətində işlər görüləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.