Cəmiyyət

BNA-dan avtobus qəzası xəbərləri ilə bağlı - Açıqlama

28 May 2021 12:38
Baxış: 602
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Nəqliyyat Agentliyi dünən KİV-də yayılan "Bakıda avtobus qəzası-Ölən var" başlıqlı yazı ilə bağlı açıqlama yayıb. 

Milli.Az bildirir ki, agentlikdən "Qafqazinfo"ya verilən məlumata görə, açıqlamada həmin hadisənin bir il əvvəl baş verdiyi bildirilib:

"Məlum hadisə bir il əvvəl 23.07.2020-ci il tarixində baş verib. Bu kimi xəbərlərin insanlar arasında həyəcana səbəb olduğunu nəzərə alaraq bir daha mediadan olan həmkarlarımızı dəqiqləşdirilməmiş informasiyalar yaymaqdan çəkinməyə çağırırıq. Şəhər nəqliyyatı ilə bağlı əhalinin düzgün məlumatlandırılması və maarifləndirilməsi üçün əldə olunan hər bir informasiyanın Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə dəqiqləşdirilməsini tövsiyə edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.